Dağüstü parkda özünü qayadan atan qızın vəziyyəti ağırdır


Dünən Dağüstü parkda özünü hündürlükdən atan qızın vəziyyəti açıqlanıb.


Kliniki Tibbi Mərkəzin Mətbuat xidmətindən AFN.az-a verilən məlumata görə, qız təcili tibbi yardım maşını ilə xəstəxanaya gətirilib: "1999-cu il təvəllüdlü qız ötən gün KTM-in Reanimasiya şöbəsinə yerləşdirilib, müayinələri aparılıb. Diaqnozu sağ bazu sümüyünün orta üçdə birinin yerdəyişən, sol bud sümüyünün aşağı üçdə birinin sınığı və bədənin müxtəlif nahiyələrində küt travmanın olması olub. Hazırda huşu aydındır, vəziyyəti isə ağır-stabil olaraq qalır".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu