Moldova XİN başçısı Azərbaycanda səfərdədir


Moldovanın xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popesku Azərbaycanda səfərdədir.


“Report” xəbər verir ki, bu barədə Moldova XİN məlumat yayıb.

Fevralın 8-dən 10-dək davam edəcək səfər Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun dəvəti ilə baş tutub.

Səfərin məqsədi Azərbaycan-Moldova əməkdaşlığını, xüsusilə də Cənub Qaz Dəhlizinin strateji əhəmiyyəti kontekstində ticarət-iqtisadi, investisiya və enerji sahələri üzrə əməkdaşlığı gücləndirməkdir.

Qeyd olunub ki, səfər çərçivəsində moldovalı nazirin ölkə rəhbərliyi və digər rəsmilərlə görüşü gözlənilir.

Fevralın 9-da hər iki dövlətin nümayəndə heyətlərinin görüşündən sonra Niku Popesku və Ceyhun Bayramovun danışıqların yekunlarına həsr olunmuş mətbuat konfransı baş tutacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu