İranın XİN başçısı Azərbaycana gəlib


İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycanda səfərdədir.


İranın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, nazirin təyyarəsi Heydər Əliyev Beynəlxalq Hava Limanına enib.

O, birgünlük səfər çərçivəsində rəsmi şəxslərlə görüşəcək.

Görüşlərdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri və aktual regional məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, səfər Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun dəvəti əsasında həyata keçirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu