Salyan sakini özünü yandıraraq intihara cəhd edib


Salyan rayon sakini özünü yandıraraq intihara cəhd edib.


AFN.az "Report"a istinadən xəbər verir ki, hadisə Salyan rayon Yaşıllaşdırma İdarəsinin qarşısında qeydə alınıb.

Belə ki, həmin rayonun sakini, 1995-ci il təvəllüdlü Coşqun Quliyev özünü yandıraraq intihara cəhd edib.

O, müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, hadisə ilə bağlı fotonu sosial şəbəkədə Emil Məmmədov paylaşıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu