Şəmkir sakini əvvəlcə "Hammer"ini, sonra isə özünü yandırdı
Şəmkirdə vətəndaş əvvəlcə avtomobilini, daha sonra özünü də yandıraraq intihara cəhd edib.
"Report"un məlumatına görə, Şəmkir rayon sakini Fuad Həsənov "Hammer" markalı avtomobilini yandırıb, daha sonra intihara cəhd edib.
Müxtəlif yanıq xəsarətləri alan F. Hüseynov xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, həmin şəxsin borcu olduğuna görə, məhkəmə qərarı ilə avtomobilinə həbs qoyulduğu bildirilir.
Belə ki, ümumilikdə onun külli miqdarda borcu olduğu bildirilir və məhkəmə qərarı ilə həmin "Hammer" markalı avtomobilə borc qarşılığı olaraq həbs qoyulub.
Onun hansı səbəbdən borclandığı barədə isə dəqiq məlumat yoxdur.
Faktla bağlı araşdırma aparılır.