Gürcüstanda zabitin meyiti körpü altında tapıldı


Gürcüstanın Qori rayonunda 45 yaşlı zabitin meyiti aşkar olunub.


“Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, hadisə Ortaşeni kəndi yaxınlığında baş verib.

Məlumata görə, zabitin meyiti hərbi bazadan təxminən 200 metr aralıda, mərkəzi magistral yolun yaxınlığında körpünün altında tapılıb.

Sözügedən zabitin qohumu mediaya açıqlama verərək bildirib ki, bir neçə gün əvvəl onunla danışıb və hər şey qaydasında olub.

Hazırda faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu