Daha bir azərbaycanlı futbolçu Polşa çempionatında oynayacaq


Azərbaycanın daha bir futbolçusu Polşada legioner karyerası yaşayacaq.


Bu, “Qarabağ”ın sabiq futbolçusu Riad Abbaszadədir. O, Polşanın IV divizionunda çıxış edən və Pşisuxa şəhərini təmsil edən “Oskar” klubuna keçib. Klub həm də Tomaşuf Mazovyetski “Lexiya”sından Mivoş Qjesinskini transfer etdiyini açıqlayıb.

Futbolçumuz artıq fevralın 9-da oyuna da çıxıb. O, yuxarıda adıçəkilən “Lexiya”ya qarşı yoxlama oyununa start heyətdə çıxıb (1:4). Riad 58-ci dəqiqədə Patrik Fiqarski ilə əvəzlənib. “Oskar” növbəti yoxlama oyununu sabah Staraxovitse şəhərində yerli “Star” komandasına qarşı keçirəcək.

Qeyd edək ki, 21 yaşlı Riad Abbaszadə yarımmüdafiəçidir. Daha əvvəllər I divizionda “Şüvəlan”da (keçmiş AZAL klubu) və “Keşlə” klubunun əvəzedicilərində oynamış Riad ötən mövsüm “Qarabağ”ın ikinci komandasında çıxış edib və 1 qol vurub.

Xatırladaq ki, daha əvvəl Saşa Yunisoğlu, Mahir Emreli, Fuad Bayramov kimi futbolçularımız Polşada legioner karyerası yaşayıb. Hazırda isə Plotsk “Visla”sında millimizin Ukrayna əsilli müdafiəçisi Anton Krivotsyuk çıxış edir.

Oxu.az



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu