Fazil Mustafa: “Müharibədə qazandığımız qələbəni Müdafiə Nazirliyində xımır-xımır yeyiblər"


“Nəzarətsiz müdafiə və təhlükəsizlik orqanlarının olması ölkənin gələcəyi üçün böyük təhlükələr yarada bilər”.


AFN.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, Müdafiə Nazirliyində aparılan son yoxlama da bunu göstərdi: “44 günlük müharibədə qazandığımız qələbəni Müdafiə Nazirliyində xımır-xımır yeyiblər. Bu, hələ alt qurumda həyata keçirilən yoxlama idi. Yuxarı qurumlarda bunun həcmi, yəqin, yüz milyonlarladır!

Digər tərəfdən, “Tərtər işi” ilə bağlı bu gün baş verənləri götürək. Tərtər hadisələrində yüzlərlə insan faciə yaşayandan sonra bu gün işə yenidən baxılması nəyi dəyişəcək?! Bu, həmin insanların həyatını yenidən bərpa edə biləcəkmi? Yox!

Ona görə də biz indidən bu məsələlər barədə düşünməliyik. Müdafiə və təhlükəsizlik qurumlarında parlament nəzarəti barədə düşünməliyik. Müdafiə Nazirliyində yeyilən pullarla Mədəniyyət Nazirliyində yeyilən pulları eyniləşdirmək olmaz. Bu, hansısa şəhidin, qazinin qanı bahasına yeyilən puldur. Biz onların qarşısında sabah cavab verə bilmək üçün məsuliyyət daşıyanları məhkəmə prosesinə cəlb etməliyik”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu