Qusarda bir evdən beş nəfərin meyiti tapıldı

Qusar rayonunda bir evdən beş nəfərin meyiti tapılıb.
APA-nın şimal bürosunun xəbərinə görə, hadisə şəhər ərazisində qeydə alınıb.
Hadisə yerinə hüquq-mühafizə oraqlanlarının əməkdaşları cəlb olunub.
İlkin ehtimala görə, onlar dəm qazından boğularaq ölüb.