Ermənistan ordusunun hərbi kəşfiyyatının rəisi işdən çıxarılıb


Ermənistan prezidenti səlahiyyətlərini icra edən Alen Simonyan Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəis müavini və Silahlı Qüvvələr Baş Qərargah Kəşfiyyat Baş İdarəsinin rəisi Arayik Arutyunyanın vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Bu barədə "Report" erməni mətbuatına istinadən xəbər verir.

“Baş nazirin təklifini nəzərə alaraq, konstitusiyanın maddəsinə və “Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” qanuna uyğun olaraq, Arayik Arutyunyan Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəis müavini və Silahlı Qüvvələr Baş Qərargah Kəşfiyyat Baş İdarəsinin rəisi vəzifəsindən azad edilsin”, - məlumatda deyilir.

General-mayor Arayik Arutyunyan 2021-ci ilin avqustunda vəzifəyə təyin edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu