ABŞ diplomatlarını Ukraynadan Polşaya təxliyə edir
ABŞ Dövlət Departamenti Ukraynada olan bütün əməkdaşlarını təhlükəsizlik səbəbi ilə müvəqqəti olaraq bu ölkədən Polşaya köçürür.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “Bloomberg” yayıb.
Bildirilir ki, burada söhbət əsas olaraq ABŞ-ın Ukraynadakı səfirliyinin əməkdaşlarından gedir.
Mənbələrdən birinin sözlərinə görə, Prezident Co Baydenin rəsmi şəxsləri Rusiyanın Ukraynaya hücumu olmazsa? personalı sabah səhər geri qaytaracaqlar.
Dövlət Departamenti və Milli Təhlükəsizlik Şurası məsələ barədə açıqlama verməkdən imtina ediblər.
Xatırladaq ki, ABŞ ötən həftə Ukraynadakı səfirliyini müvəqqəti olaraq Kiyevdən Lvova köçürüb.