Ermənistanın Baş Qərargah rəisi vəzifəsindən azad edilib
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan vəzifəsindən azad edilib.
“Report” "Aysor"a istinadən xəbər verir ki, bu barədə Prezident vəzifəsini icra edən Alen Simonyan sərəncam imzalayıb.
Qeyd edək ki, o, ötən ilin martın 22-də bu vəzifəyə təyin edilmişdi.