“Rusiya gec-tez bizimlə danışığa başlamalı olacaq” - VİDEO


“Əksər istiqamətlərdə ukraynalı müdafiəçilər döyüşü dayandıra biliblər”.


“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski xalqa növbəti videomüraciətində bildirib.

“Saat 04:00-da Rusiya qüvvələri Ukrayna ərazisinə raket zərbələri endirməyə davam edib. Deyirlər ki, mülki obyektlər onlar üçün hədəf deyil. Bu, yalandır. Rusiyanın hücumu altında dünən olduğu kimi həm hərbçilər, həm də mülki şəxslər eyni dərəcədə təsirlənir. Bu hücumun məqsədi təzyiqdir, bütün cəmiyyətimizə təzyiqdir. Yenə deyirəm: təkcə hakimiyyətə deyil, bütün ukraynalılara”, - deyə Zelenski söyləyib.

Onun sözlərinə görə, ukraynalı müdafiəçilər ilk gündə Rusiyaya işğalın əməliyyat planını həyata keçirməyə imkan verməyiblər:

“Əksər istiqamətlərdə düşmən dayandırılıb, döyüşlər gedir. Rusiya hücumu gücümüzün yorulacağına əsaslanaraq davam edir. Amma biz yorulmuruq. Hava Hücumundan Müdafiə Qoşunları səmamızı mümkün qədər qoruyur”.

Zelenski, həmçinin bildirib ki, gec-tez Rusiya ilə Ukrayna arasında danışıqlar başlamalıdır:

“Rusiya gec-tez bizimlə danışığa başlamalı olacaq. Bu, nə qədər tez baş verərsə, Rusiyanın itkiləri bir o qədər az olacaq”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu