“2021-ci ildə büdcəyə fiskal vergi daxilolmalar 12,51 milyard manat olub” - nazir


2021-ci ildə Dövlət Vergi Xidmətin xətti ilə yığılan fiskal daxilolmalar 12,51 mlrd. manat olmaqla ölkə üzrə bütün fiskal yığımların 74,2 faizini təşkil edir.


Trend-in məlumatına görə, bunu “İnklüziv və davamlı inkişaf üçün vergi islahatları: rəqəmsal transformasiya ilə könüllü əməletməyə doğru” mövzusunda keçirilən vergi forumunda çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, ölkədə inflyasiyanın azaldılması istiqamətində işlər aparılır və ölkə hökuməti artıq müvafiq proqram hazırlayıb.

“2022-ci il və sonrakı illər üçün dövlət qurumlarının fəaliyyətinin genişləndirilməsi və rəqəmsal müstəviyə keçirilməsi, işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinin sürətləndirilməsi nəzərdə tutulur. Bura həmçinin sahibkarlıq fəaliyyətinin stimullaşdırılması, rəqəmsal transformasiyada əhalinin dəstəklənməsi də daxildir”, - deyə nazir əlavə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu