Büdcə gəlirlərinin 15,9 faizi Gömrük Komitəsindən olacaq


2022-ci ildə dövlət büdcəsi gəlirlərinin 15,9 faizinin Dövlət Gömrük Komitəsi tərəfindən daxilolmalar hesabına formalaşması nəzərdə tutulub.


AFN-in xəbərinə görə, bunu Dövlət Gömrük Komitəsinin Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin şöbə rəisi Faiq Orucov bildirib.

O qeyd edib ki, cari ildə Dövlət Neft Fondundan transfertlər və Dövlət Vergi Xidmətindən daxilolmalar da həmçinin dövlət büdcəsi gəlirlərinin əsas mənbələrini təşkil edir: “Dövlət Neft Fondu tərəfindən ayrılan transfertlər dövlət büdcəsi gəlirlərinin 47,4 faizini, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən daxilolmalar 32,9 faizini formalaşdırması nəzərdə tutulub”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu