"Bu axmaqlar heç orientasiya etmirlər" - ukraynalı deputatdan rusları çaşdırmaq üçün çağırış


Çerniqov vilayətində yaşayış məntəqələrinin sakinlərinə yol nişanlarını yığışdırmağa çağırış edilib.


AFN.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, çağırışda rusların yolu tanımadığı və yalnız xəritələr üzərində hərəkət etdikləri bildirilir. “Avropa Həmrəyliyi” partiyasından olan xalq deputatı Aleksiy Qonçarenko Çerniqov vilayətinin yaşayış məntəqələrinin sakinlərini düşməni çaşdırmaq üçün yol nişanlarını yığışdırmağa çağırır.

Bu barədə o, özünün Telegram kanalında yazıb.

"Koryukovka, Qorodnya, Semyonovna, Snovsk, Sosnitsa, Mena və s. kimi ərazilərdə yaşayanlar. Şəhərləri, kəndləri, hərəkət istiqamətlərini göstərən yol nişanlarını yığışdırın. Bu axmaqlar heç orientasiya etmirlər və əsasən dairələrdə maşın sürürlər. Onlar yolu bilmirlər və yalnız xəritələrlə hərəkət edirlər. Ona görə də onlara "kömək etmək" lazımdır”, - deyə deputat vurğulayıb.

O əlavə edib ki, "rusların yerdə ünsiyyət və oriyentasiya problemi var".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu