Zelenski: "Rusiya nümayəndə heyəti ilə Ukrayna-Belarus sərhədində görüşü razılaşdırdıq"


"Biz Ukrayna nümayəndə heyətinin Rusiya nümayəndə heyəti ilə Ukrayna-Belarus sərhədində, Pripyat çayı yaxınlığında ilkin şərt olmadan görüşməyi razılaşdırdıq".


Bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski özünün feysbukdakı hesabında Belarus Prezidenti Aleksandr Lukaşenko ilə söhbətin nəticəsinə dair yazıb.

Onun sözlərinə görə, Aleksandr Lukaşenko Ukrayna nümayəndə heyətinin səfərləri, danışıqlar və geri qayıtması zamanı Belarus ərazisində yerləşən bütün təyyarələrin, helikopterlərin və raketlərin yerdə qalacağına dair məsuliyyəti öz üzərinə götürüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu