Ombudsman mexaniki sayğacların yenidən tətbiqini tənqid edib


Ombudsman təbii qaz və içməli su sərfiyyatı üzrə son zamanlarda tətbiq edilən mexaniki sayğacların əvvəlki qaydada “smart” tipli sayğaclarla əvəz edilməsini təklif edib.


Bu, parlamentin İnsan hüquqları komitəsində 1 martda müzakirəyə çıxarılacaq Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2021-ci il üzrə məruzəsində əksini tapıb.

Məruzədə informasiya texnologiyalarının sürətlə inkişaf və inteqrasiya etdiyi bir dövrdə təbii qaz və içməli su sərfiyyatı üzrə hesablamaların daha operativ və şəffaf qaydada həyata keçirilməsi məqsədilə son zamanlarda tətbiq edilən mexaniki sayğacların əvvəlki qaydada “smart” tipli sayğaclarla əvəz edilməsi tövsiyə edilir. (APA)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu