Bakının mərkəzindəki ağır qəzanın görüntüləri - YENİLƏNİB + FOTO/VİDEO


Paytaxtın Heydər Əliyev prospektində baş verən ağır qəza piyada ölümü ilə nəticələnib.


Oxu.Az xəbər verir ki, hadisə nəticəsində qadın aldığı xəsarətlərdən ölüb. Hazırda qadının kimliyi dəqiqləşdirilir.

Əraziyə Nizami Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları və təcili-tibbi yardım briqadası cəlb olunub.

Faktla bağlı ilkin istintaq tədbirlərinə başlanılıb.

Hadisə baş verən yerdən görüntüləri təqdim edirik:

***

Hazırda Heydər Əliyev prospektində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.


Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, şəhər mərkəzi və “Koroğlu” metro stansiyası istiqamətində əsas və köməkçi yollarda avtomobillərin hərəkəti çətinləşib.

Sıxlıq baş verən ağır yol-nəqliyyat hadisəsi səbəbindən yaranıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu