Voleybol üzrə Azərbaycan Super Liqasında çempion bəlli olub


Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının qalibi bəlli olub.


"Report"un məlumatına görə, 3-cü dövrəsinin sonuncu – təxirə salınmış VIII turunda "Azerreyl"ə 3:0 (25:16, 25:21, 25:16) hesabı ilə qalib gələn "Abşeron" çempionluğunu rəsmiləşdirib.

Bu qələbədən sonra xallarını 27-yə çatdıran komanda sona 3 tur qalmış qızıl medalları təmin edib.

Qeyd edək ki, "Abşeron" ilk dəfə ölkə çempionu olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu