Azərbaycan Super Liqasında təxirə salınmış oyunların vaxtı açıqlanıb


Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında təxirə salınmış matçların vaxtları və keçirilmə yeri dəqiqləşib.


Federasiyanın Mətbuat Xidmətindən verilən məlumata görə, yanvarın 14-də hava şəraiti ilə bağlı keçirilməyən I dövrənin II turunun oyunları yanvarın 25-də baş tutacaq.

Günün ilk qarşılaşmasında “Azərreyl”lə “Abşeron” üz-üzə gələcək. Oyun saat 16:00-da başlayacaq.

Liderlərin duelindən 2 saat sonra UNEC – “Murov” oyununa start veriləcək. Hər iki qarşılaşma Azərbaycan Voleybol Federasiyasının İdman zalında təşkil olunacaq.

Qeyd edək ki, pandemiya səbəbindən karantin qaydalarına uyğun keçirilən oyunlara azarkeşlər buraxılmayacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu