Avropa Məhkəməsi Rusiyaya Ukrayna şəhərlərini bombalamağı qadağan etdi


Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Rusiyaya Ukraynanın mülki şəhərlərini bombalamağı dayandırmağı əmr edib.


Bu barədə məhkəmənin yaydığı bəyanatda deyilir:

“Məhkəmə Rusiya hökumətinə mülki əhaliyə və mülki obyektlərə, xüsusən də yaşayış binalarına, təcili yardım maşınlarına, məktəblərə və xəstəxanalara hərbi hücumlardan çəkinməyi əmr edir. Rusiya qoşunlarının hücumuna məruz qalan və ya mühasirəyə alınan ərazilərdə tibb müəssisələrinin, şəxsi heyətin və fövqəladə-xilasetmə xidmətlərinin təhlükəsizliyi dərhal təmin edilməlidir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu