Dumanlı hava nə vaxtadək davam edəcək?


Hazırda ölkə ərazisində dumanlı hava şəraiti müşahidə olunur.


Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova AFN.az-a bildirib ki, duman sinoptik şəraitlə əlaqədar gözlənilən atmosfer hadisəsidir. Belə ki, Xəzər dənizindən cənub-şərq axınları ilə rütubətli hava kütlələrinin quruya doğru hərəkəti və inversiya qatı dumanın əmələ gəlməsinə səbəb olub.

G.Məmmədovanın sözlərinə görə, Naftalan, Şəmkir, Daşkəsən, Göygöl, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaçmaz, Xaltan, Yevlax, Göyçay, Sabirabad, Hacıqabul, İmişli, Cəfərxan, Salyan, Neftçala, Biləsuvar, Lənkəran, Lerik, Astara, Ağdam, Bakı və Abşeron yarımadasında görünüş 50-500 metrədək məhdudlaşıb.

Ölkə ərazisində dumanlı hava şəraiti martın 4-ü səhərədək davam edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu