Gülşad Məmmədova: "Dumanlı hava axşama dağılacaq"


Hazırda Bakı, Sumqayıt, Neft daşları və Çilov adasında duman müşahidə olunur və bu ərazilərdə görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.


Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova AFN.az-a bildirib ki, martın 6-sı axşam saatlarından şimal-qərb küləyinin güclənməsi dumanın dağılmasına səbəb olacaq”.

Onun sözlərinə görə, duman sinoptik şəraitlə əlaqədar gözlənilən atmosfer hadisəsidir: "Yer səthində gündüz saatlarında havanın temperaturunun yüksək olması nəticəsində atmosferin aşağı qatlarında olan isti hava axını yuxarıya doğru hərəkət edir: "Eyni zamanda cənub-şərq istiqamətli külək dənizdən rütubətli hava kütlələrinin sahilə doğru hərəkətini şərtləndirir. Bu da dumanın əmələ gəlməsinə səbəb olur".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu