Putin Təhlükəsizlk Şurasının müşavirəsini keçirəcək


Rusiya Prezidenti Vladimir Putin martın 3-də Təhlükəsizlik Şurasının daimi üzvlərinin müşavirəsini keçirəcək və bir sıra beynəlxalq telefon danışığı edəcək.


“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Bu gün Putin Novo-Oqarevoda işləyir. Bir sıra beynəlxalq telefon danışıqları aparacaq. Gün ərzində Təhlükəsizlik Şurasının daimi üzvləri ilə müşavirənin keçirilməsi də planlaşdırılıb. Bu tədbirdə dövlət başçısının giriş çıxışı edəcəyi gözlənilir. Onun çıxışı televizorda göstəriləcək”, - o vurğulayıb.

Məlumata görə, Vladimir Putinin martın 3-də Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı olacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu