KTMT sülhməramlıları BMT əməliyyatlarına qatıla bilər


Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına KTMT-nin sülhməramlı sazişinə düzəlişlər edilməsinə dair protokolu ratifikasiya üçün təqdim edib.


“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, sənəd BMT-nin himayəsi altında əməliyyatlarda iştirak etmək üçün sülhməramlı qüvvələrin formalaşdırılacağı “əlaqələndirici dövlət” anlayışının tətbiqini nəzərdə tutur.

Sənədin mətni Dumanın elektron məlumat bazasında yerləşdirilib.

“Protokol “koordinasiya edən dövlət” anlayışını təqdim edir və onun himayəsi altında BMT-nin sülhməramlı əməliyyatında istifadə edilmək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının kollektiv sülhməramlı qüvvələrinin yaradılmasını nəzərdə tutur”, - deyə mətndə deyilir.

Bildirilir ki, dəyişikliklərə əsasən, Kollektiv Sülhməramlı Qüvvələri BMT-nin sülhməramlı əməliyyatlarında istifadə üçün əlaqələndirici dövlətin himayəsi altında yaradılır. Kollektiv Sülhməramlı Qüvvələrin BMT-nin sülhməramlı əməliyyatlarında iştirakının şərtləri isə əlaqələndirici dövlətin BMT-nin səlahiyyətli bölməsi ilə bağlanan müqavilədə müəyyən edilir.

Qeyd edək ki, protokol 2021-ci il sentyabrın 16-sı Tacikistanın paytaxtı Düşənbə şəhərində imzalanıb. Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Pankin sənədin parlamentdə müzakirəsi üçün rəsmi nümayəndə təyin olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu