Türkiyə və İsrail prezidentlərinin görüşü başlayıb -


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan İsrail Prezidenti İsaak Hersoqu Beştəpə iqamətgahında rəsmi məqasimlə qarşılayıb.


İ.Hersoq fəxri qaravul dəstəsinin önündən keçib.

Sonra iki ölkə prezidentlərinin təkbətək görüşü başlayıb. Danışıqlardan sonra liderlər birgə mətbuat konfransı keçirəcəklər.

***

İsrail Prezidenti İsaak Hersoqun Türkiyəyə səfəri başlayıb.


AFN.az “Haber Global”a istinadən xəbər verir ki, o, Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Prezidentlər iki ölkə arasında əlaqələrin gələcək perspektivlərini müzakirə edəcəklər. Eyni zamanda, dövlət başçıları Ukraynadakı durum barədə fikir mübadiləsi aparacaqlar.

Görüşdən sonra liderlər birgə mətbuat konfransı keçirəcək.

Qeyd edək ki, bu, son 14 ildə İsrail Prezidentinin Türkiyəyə ilk səfəridir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu