Türkiyə və İsrail prezidentləri arasında telefon danışığı olub
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İsrail Prezidenti İsaak Hersoq arasında telefon danışığı olub.
AFN xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Kommunikasiya İdarəsindən bildirilib.
Qeyd olunub ki, liderlər ikitərəfli və regional məsələləri müzakirə ediblər.
Prezident Ərdoğan səfirlərin qarşılıqlı olaraq yenidən təyin edilməsi qərarının ikitərəfli münasibətlərin müsbət istiqamətdə irəliləməsi üçün atılan mühüm addım olduğunu deyib. Səfirlərin yenidən təyin olunmasının Türkiyə-İsrail münasibətlərinə təkan verəcəyini qeyd edən Prezident Ərdoğan Türkiyənin qarşılıqlı hörmət əsasında əməkdaşlıq və dialoqun yaxşılaşdırılmasına tərəfdar olduğunu bildirib.