Azərbaycanda daha 270 nəfər COVID-19-a yoluxub, 17 nəfər vəfat edib


Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 270 yoluxma faktı qeydə alınıb, 564 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AFN.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 17 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 790 153 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 777 960 nəfər müalicə olunaraq sağalıb, 9 575 nəfər vəfat edib. Aktiv xəstə sayı 2 618 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 356, bu günə qədər isə ümumilikdə 6 617 758 test icra olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu