Ukrayna-Rusiya danışıqlarında son durum açıqlandı


“Rusiya ilə danışıqlarda Ukrayna ərazi bütövlüyü məsələsində güzəştlərə getmir”.


Bunu Ukrayna Prezidentinin Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak BBC-yə müsahibəsində bildirib.

“Danışıqlar onlayn rejimdə daim davam edir. Xeyli sayda mübahisəli məsələlər var. Axı Prezident (Volodimir Zelenski-red.) ərazi bütövlüyü, fundamental təhlükəsizlik təminatları - yəni bizim üçün vacib olan məqamlarla bağlı öz mövqeyini açıq şəkildə ifadə etdi. Danışıqlar daim onlayn rejimdə aparılır, bu prosesdə iştirak edən çoxlu məsləhətləşmə qrupları var”, - Podolyak qeyd edib.

O etiraf edib ki, danışıqlar prosesinin strukturu mürəkkəbdir: “Danışıqlar qrupu və müxtəlif formatlarda işləyən xeyli sayda qruplar var. Bundan əlavə, hər iki tərəfdən danışıqlara siyasi müşavirlər cəlb olunub”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu