Ukrayna-Rusiya danışıqlarının üçüncü raundunun vaxtı bilindi


Ukrayna ilə Rusiya arasında danışıqların üçüncü raundu martın 5-i və ya 6-da baş tuta bilər.


AFN.az UNİAN-a istinadən xəbər verir ki, bunu bu gün Lvovda keçirdiyi mətbuat konfransında Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak bildirib.

Müşavir əlavə edib ki, danışıqlar Belarusda gedir, çünki Rusiya tərəfi hər hansı digər vasitəçilikdən imtina edir.

“Ola bilsin ki, sonradan başqa ölkə də olsun... – Türkiyə və ya Macarıstan, ya da məsələn, Polşa... Ona görə ki, Belarus bizim şəhərlərə hücumlar üçün tramplin kimi istifadə olunur”, - o qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu