Ukrayna və Rusiya arasında danışıqlar başa çatıb-YENİLƏNİB


Belarusda Ukrayna və Rusiya arasında danışıqların ikinci mərhələsi başa çatıb.


AFN.az xəbər verir ki, tərəflər müvəqqəti atəşkəs və danışıqları davam etdirmək barədə razılığa gəliblər.

Məlumata görə, danışıqların üçüncü mərhələsi yaxın günlərdə baş tutacaq.

Bununla yanaşı, dağıdılmış və ya daim atəşə tutulan kənd və şəhərlərdən mülki əhalinin çıxarılması üçün humanitar dəhlizlərin açılması barədə razılıq əldə edilib.


***

Belarusda Ukrayna və Rusiya arasında danışıqların ikinci mərhələsi başlayıb.


AFN.az xəbər verir ki, bu barədə Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak tviterdə yazıb.

Gündəmdə olan mövzular dərhal atəşkəs, barışıq, dağıdılmış və ya daim atəşə tutulan kənd və şəhərlərdən mülki əhalinin çıxarılması üçün humanitar dəhlizlərin açılmasıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu