Rusiya-Ukrayna danışıqlarının növbəti mərhələsi sabah keçirilə bilər

Ukrayna ilə Rusiya arasındakı danışıqların ikinci mərhələsi martın 2-də keçirilə bilər.
“Report” Ukrayna KİV-ə istinadən xəbər verir ki, bunu diplomatik mənbələr bildirib.
Xatırladaq ki, danışıqların dünən keçirilən birinci mərhələsi 6 saatadək davam edib. Danışıqlara münasibət bildirən Ukrayna Prezidenti Volodimir Zelenski hələlik istədikləri nəticəni əldə etmədiklərini bildirib.