Azərbaycan Premyer Liqası dünya reytinqinin ilk üçlüyündə


Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) baş məşqçilərin orta iş müddətinə görə dünyanın ən yaxşı 90 liqasının siyahısını açıqlayıb.


"Report” xəbər verir ki, Azərbaycan Premyer Liqası 1 069 günlük göstərici ilə üçüncü pillədə qərarlaşıb. Ölkə çempionatı UEFA sıralamasında da eyni mövqedə yer alıb.

Birinci pilləni Şimali İrlandiya Premyer Liqası (1 563 gün), ikinci sıranı isə Uels Premyer Liqası (1 348) tutur.

Ən çox baş məşqçi istefasının gerçəkləşdiyi ölkələrdən biri Türkiyədir. Bu səbəbdən Superliqa 217 günlük dünya reytinqində 80-ci, Avropada isə 46-cı yerdə qərarlaşıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu