Acun Ilıcalı daha bir futbol komandası aldı


İngiltərə Çempionatının komandalarından olan Hull City-ni satın alan və sərmayələrini futbol arenasına daşıyan Acun Ilıcalı bu dəfə İrlandiya Liqası komandalarından olan Shelbourne FC-nin əksər səhmlərini aldığını açıqlayıb.


AFN.az Haber Globala istinadən xəbər verir ki, məşhur televiziya aparıcısı və iş adamı Acun Ilıcalı sosial media hesabından İrlandiya Premyer Liqa komandalarından olan Shelbourne FC-nin əksər səhmlərini aldığını açıqlayıb.

Ilıcalı sosial media hesabındakı paylaşımında, "Hall Siti ilə başlayan güclü futbol sərmayələrimiz, İrlandiya Premyer Liqasının ən köhnə və köklü klublarından biri olan Shelbourne FC-nin əksər hissələrinin alınması ilə davam edir. Bizim məqsədimiz Shelbourne FC ilə birlikdə avrokuboklarda iştirak etmək, əhəmiyyətli uğurlar qazanmaq və bir çox istedadları dünya futboluna gətirməkdir. Biz İrlandiya futboluna, klubun potensialına və azarkeşlərimizə inanırıq".

54 yaşlı Ilıcalının satın aldığı Dublin komandası 20 həftə qalan liqada 29 xalla 5-ci pillədə qərarlaşıb.

Klubun məşqçisi İrlandiya futbolunun əfsanəvi adlarından biri olan Damien Duffdur. Shelbourne FC-nin muzeyində 13 İrlandiya Çempionatı, 7 İrlandiya FAI Kuboku, 20 Leinster Böyüklər Kuboku və 1 İrlandiya Liqa Kuboku var.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu