Acun Ilıcalı sevgilisi Ayça Çağla Altunkaya ilə fotolarını paylaşdı
Məşhur televiziya xadimi və iş adamı Acun Ilıcalı sevgilisi Ayça Çağla Altunkaya ilə basketbol oyununa gedib. Ilıcalı gənc sevgilisi ilə xoşbəxt anlarını İnstaqram səhifəsində paylaşıb.
Təxminən 3 ildir birlikdə olan Acun Ilıcalı ilə tibb bacısı sevgilisi Ayça Çağla Altunkaya indiyədək gözdən uzaq birlikdəliklərini yaşayırlar. Aralarında 30 yaş fərq olan məşhur cütlük xaricə basketbol oyununa gedib. Sosial media hesabından şəxsi həyatı ilə bağlı kadrları paylaşmayan Acun Ilıcalı bu dəfə sevgilisi ilə birgə pozlarını bölüşüb.
Komanda forması geyinən cütlüyün xoşbəxtliyi diqqətdən yayınmayıb.
Məşhur televiziya xadimi daha əvvəl sevgilisi haqqında belə açıqlama vermişdi: "İndi bu, qismətdir. Yenidən ailə quracam, ya yox, deyə bilmərəm, amma təbii ki, çox yaxşı münasibətim var. Bu, məni xoşbəxt edir. Təşəkkür edirəm. Yeri gəlmişkən, onu düşüncəli, mehriban və çox ağıllı hesab edirəm. Mən eyni dildə danışdığımızı düşünürəm. Hamı ilə çox yaxşı ünsiyyət qura bilən biri deyiləm. Onun şirin dilli və dəyişkən söhbətlərə açıq olması, özünü təkmilləşdirməsi məni çox sevindirir. İnşallah daha uzun sürər".