Rusiyalı hərbçilər ukraynalı deputatı qaçırdılar


Rusiya hərbçiləri Korabelni Rayon Şurasının deputatı və “Avropa Həmrəyliyi” fraksiyasının rəhbəri, ukraynalı siyasətçi Dmitri Afanasyevi qaçırıblar.


“Qafqazinfo” xəbər verir ki, bu barədə feysbuk səhifəsində ukraynalı siyasətçi Sergey Xlan yazıb.

“Martın 22-də Xersonda rus hərbçiləri Dmitri Afanasyevi evindən oğurlayıblar. Şəhərdə dinc etiraz aksiyasının zorla dağıdılmasından sonra deputat arvadını qorumaq istəyərkən o, şiddətli şəkildə döyülüb. Nəticədə Afanasyevin bir neçə qabırğası sınıb. Hadisədən bir neçə saat sonra hərbçilər axtarış apararaq onun evinə gəliblər. İşğalçılar yerindəcə orada olanların hamısının telefonlarını götürüblər. Bundan sonra evdə olan bütün kişilər rus hərbçiləri tərəfindən aparılıb.

Ertəsi gün rusiyalı hərbçilər yenidən evdə axtarış apararaq girovlardan birini azad ediblər. O, bütün girovlara işgəncə verildiyini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu