Kremldən Medvedçukla bağlı açıqlama
“Ukraynalı siyasətçi Viktor Medvedçuk heç vaxt Rusiya ilə pərdəarxası münasibətlərə sahib olmayıb”.
“TASS” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Medvedçuk Rusiya vətəndaşı deyil və Kreml siyasətçinin Moskvanın onunla bağlı vəziyyətdə iştirak etməsini istəyib-istəmədiyini bilmir”, - deyə Peskov söyləyib.
Xatırladaq ki, aprelin 12-si rusiyayönümlü mövqeyi ilə tanınan ukraynalı siyasətçi Viktor Medvedçuk Ukrayna Silahlı Qüvvələrinin keçirdiyi əməliyyat zamanı saxlanılıb. Ukrayna Prezidenti Volodimir Zelenski öz sosial şəbəkə hesabında Medvedçukun əlləri qandallı fotolarını paylaşıb.