Ukrayna və Rusiya əsirləri Ankarada dəyişib


“Azov” batalyonunun beş komandiri və ukraynalı siyasətçi Viktor Medvedçukun əsir dəyişdirilməsi çərçivəsində təhvil verilməsi sentyabrda Ankara hava limanında baş tutub.


AFN.az xəbər verir ki, Türkiyənin "Hürriyet" qəzeti etibarlı mənbələrə istinadən bu məlumatı yayıb. Mənbənin sözlərinə görə, mübadilənin təşəbbüskarı Rusiya olub. Qəzet bildirir ki, mübadilə danışıqları Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) Ankaradakı baş qərargahında aparılıb. Nəşrin həmsöhbətləri bildiriblər ki, Rusiya tərəfi də "Azov" batalyonunun komandirlərinin Türkiyədə qalması şərtini irəli sürüb və Ukrayna bunu qəbul edib. Mübadilə günü Rusiya və Ukraynadan gələn təyyarələr Ankaranın Esenboğa hava limanına enib. Medvedçuk Ukrayna təyyarəsində olub, "Azov" komandirləri isə Rusiya təyyarəsində gətirilib.
Enişdən sonra Ukrayna nümayəndələri türk kəşfiyyatçıların iştirakı ilə Rusiya təyyarəsinə, ruslar isə Ukrayna təyyarəsinə miniblər. "Hürriyet" qeyd edir ki, mübadilə problemsiz keçib.
Viktor Medvedçuk özünü Rusiya prezidenti Vladimir Putinin xaç atası adlandırıb. O, Ali Radanın deputatı və Ukraynanın "Müxalifət Platforması - Həyat Uğrunda" Partiyasının rəhbəri olub.Ukraynada cənab Medvedçuk dövlətə xəyanətə görə 15 ilə qədər həbs cəzası alıb. O, 2021-ci ilin may ayından ev dustaqlığındadır, fevralda qaça bilib və apreldə yenidən saxlanılıb. Medvedçuk sentyabrın 22-də Ukrayna hərbçilərinin qarşılığında Rusiyaya təhvil verilib.
Ukrayna prezidenti Vladimir Zelenski geri qaytarılan "Azov" komandirlərinin silahlı münaqişə bitənə qədər Türkiyədə yaşayacaqlarını bildirib. Dəyişdirilənlər arasında Doneskdəki qondarma rejim tərəfin ölüm cəzasına məhkum edilmiş britaniyalı Eyden Eslin və Şon Pinner, eləcə də mərakeşli Brahim Saadun da var. Mübadilə prosesində həmçinin, Səudiyyə Ərəbistanının nümayəndələri iştirak edib.



M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu