95 “Azovstal” müdafiəçisi Rusiya əsirliyindən azad olundu


Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsi aparıb, 144 ukraynalı müdafiəçi azad edilib.


“Qafqazinfo” xəbər verir ki, bu haqda Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin teleqram kanalı məlumat yayıb.

“Daha bir əsir mübadiləsi aparılıb, bunun sayəsində 144 ukraynalı müdafiəçi vətənə qayıdıb. Bu, Rusiyanın tammiqyaslı işğalından bəri ən böyük mübadilədir. 144 nəfərdən 95-i “Azovstal”ın müdafiəçiləridir. Onların arasında Azov alayının 43 hərbçisi də var”, - məlumatda qeyd olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu