45 ukraynalı Rusiya əsirliyindən azad edildi


Bu gün Ukraynada daha bir məhbus mübadiləsi baş verib.


Bu barədə Ukraynanın Baş nazirinin müavini və müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşçuk öz Teleqram kanalında məlumat verib.

"Bu gün 45 nəfərimiz rus əsirliyindən azad edilib: 13 zabit və 20 əsgər (onlardan 5-i yaralanıb). Eyni zamanda 12 mülki vətəndaşımızı vətənə qaytarırıq", - Vereşçuk bildirib.

Qeyd edək ki, yarısı qadınlardan ibarət olan minə yaxın ukraynalı mülki şəxs və 700 hərbçi hazırda Rusiya əsirliyindədir. Ukrayna Rusiya Federasiyasından mülki şəxslərin heç bir şərt olmadan azad edilərək Ukrayna tərəfinə təhvil verilməsini tələb edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu