Azovçuların komandanı vəfat edib


Ukraynanın “Azov” alayının 1-ci batalyonunun komandiri, Mariupoldakı “Azovstal” zavodunun müdafiəsində iştirak edən və bir neçə ay Rusiya əsirliyində qalan Oleq Mudrak dünyasını dəyişib.


Mudrakın ölümünü İnstaqramda qardaşı oğlu elan edib. 35 yaşlı Mudrakın ölümünə ürəyinin dayanması səbəb olub.
Mudrak 2014-cü ildən Ukrayna uğrunda döyüşlərdə iştirak edib. Maripolun tam miqyaslı rus işğalından sonra şəhəri müdafiə edib.
2022-ci ilin yazında “Azov” alayının döyüşçüləri iki aya yaxın Azovstal zavodunda müdafiəsində iştirak edib. Mayın ortalarında komandanlığın əmri ilə onlar zavodun ərazisini tərk edərək təslim olub. Rusiya tərəfinin məlumatına görə, ümumilikdə 2500-ə yaxın ukraynalı əsgər təslim olub.
Sentyabrda genişmiqyaslı əsir mübadiləsi çərçivəsində Rusiya 5 Azovstal müdafiə komandirini və Azov alayının 108 döyüşçüsünü azad etdi. Azad olunanlar arasında Mudrak da var idi.
Əsirlər o cümlədən Mudrak Donetsk vilayətinin Yelenovka kəndindəki cəzaçəkmə müəssisəsində saxlanılıb. İyulun 29-da obyektin ərazisində baş verən partlayışlar nəticəsində Rusiya tərəfinin məlumatına görə, azı 53 nəfər həlak olub.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu