“Putin əsirlərdən birinin adı üzərində xüsusi durmuşdu” - Türkiyə prezidenti
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan əsirlərin mübadiləsindən sonra ukraynalı siyasətçi Viktor Medvedçukun Rusiyaya getdiyini bildirib.
AFN.az xəbər verir ki, bugünkü açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, Kreml Medvedçukun hazırda harada olduğunu bilmir.
“Əsirlərin dəyişdirilməsi zamanı 200 ad var idi. Bizdə onların hamısının adları var. Hamısı bizim qonaqlarımızdır. Putin əsirlərdən birinin adı (Viktor Medvedçuk:red) üzərində xüsusi durmuşdu. Rusiyaya göndərdik. Biz prosesi qətiyyətlə davam etdiririk”, – Ərdoğan deyib.