Ukrayna Baş Qərargahı Rusiyanın yeni itkilərini açıqladı


Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın yeni itkilərini açıqlayıb.


Bu barədə Baş Qərargah rəsmi "Facebook" hesabında məlumat yayıb.

Məlumatda vurğulanır ki, indiyədək Rusiyanın 17 000 hərbçisi zərərsizləşdirilib.

Bundan başqa, düşmənin 586 ədəd tankı, 1 694 ədəd zirehli döyüş maşını, 302 ədəd artilleriya sistemi, 95 ədəd RYAS, 54 hava hücumundan müdafiə sistemi, 123 ədəd hərbi təyyarəsi, 127 ədəd helikopteri, 1 150 ədəd nəqliyyat vasitəsi, 7 ədəd gəmi/kater, 73 ədəd yanacaq çəni, 66 ədəd dronu, 21 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket komplesi məhv edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu