Ukrayna Müdafiə Nazirliyi Rusiya ordusunun itkilərini açıqlayıb


Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi qüvvələrin yeni sayı məlum olub.


Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı feysbuk səhifəsində məlumat yayıb. Məlumatda qeyd edilir ki, indiyədək 17 300 hərbçi zərərsizləşdirilib. Eyni zamanda, hücum edən tərəfin 605 ədəd tankı, 1 723 ədəd zirehli döyüş maşını, 305 ədəd artilleriya sistemi, 96 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 54 hava hücumundan müdafiə sistemi, 131 ədəd hərbi təyyarəsi, 131 ədəd helikopteri, 1 184 ədəd nəqliyyat vasitəsi, 7 ədəd gəmi/kater, 75 ədəd yanacaq çəni, 81 ədəd dronu, 21 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket komplesi məhv edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu