Azərbaycanda 16 yaşlı qız hamilə qaldı: Araşdırma başladı


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 6 aylıq hamilə qalan 16 yaşlı qız barəsində yayılan məlumatlara aydınlıq gətirib.


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirilib ki, qız artıq doğumla bağlı Suraxanı rayonunda qeydiyyata düşüb:

“Sözügedən hadisə ilə bağlı Komitəyə məlumat daxil olub. Araşdırma başladılıb. Qız hazırda Bakıda xalasının yanındadır. Suraxanı rayonunda doğumla bağlı qeydiyyata alınıb. Qızın qoşulub qaçdığı oğlanla bağlı Gəncə Şəhər Polis İdarəsində araşdırma başladılıb. Eyni zamanda məsələ ilə bağlı Suraxanı Rayon Polis İdarəsində də araşdırma aparılır. Bizdə olan məlumata görə, qız ilk dəfə 15 yaşında özündən 5 yaş böyük oğlana qoşulub qaçıb. Şiddətə məruz qaldıqdan sonra qaçıb sığınacağa müraciət edib. Sığınacaqdan da xalası ilə əlaqə saxlanılıb. Komitə tərəfindən qıza zəruri olan psixoloji yardımlar, hüquqi prosedurlar aparılır. Daha da dəhşətlisi odur ki, qız təhsildən yayınıb. Komitə tərəfindən qızın fərdi təhsilə cəlb olunması istiqamətində işlər aparılır”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu