Azərbaycanda “Sudan ödənişli istifadə Qaydaları” yenilənib
Nazirlər Kabineti “Sudan ödənişli istifadə Qaydaları”nın təsdiq edilməsi və “Təbii ehtiyatlara görə ödəmələrin, çirkləndirici maddələrin təbii mühitə atılmasına görə ödəmələrin tətbiqi və həmin ödənişlərdən əmələ gələn vəsaitdən istifadə haqqında” 3 mart 1992-ci il tarixli, “Sudan pullu istifadə qaydaları haqqında Əsasnamənin və sudan istifadə tariflərinin təsdiq edilməsi barədə” 17 iyun 2002-ci il tarixli, “Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 4 oktyabr 2013-cü il tarixli qərarlarında dəyişiklik edib, eləcə də “Sudan pullu istifadə qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 18 mart 2006-cı il tarixli qərarını ləğv edib.
Bununla bağlı Baş Nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərarda deyilir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi su obyektlərindən bilavasitə su götürən hüquqi və ya fiziki şəxslər tərəfindən götürülən suyun həcminə görə ödənişlərin həyata keçirilməsi mexanizminə dair təkliflərini hazırlayıb üç ay müddətində Nazirlər Kabinetinə təqdim etsin.
Naxçıvan MR üzrə sudan ödənişli istifadə qaydaları bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydaların tələbləri nəzərə alınmaqla müəyyən edilir.
Tarif (Qiymət) Şurası sudan istifadə haqqını (tarifləri) 2 ay müddətində müəyyən etsin.