Dövlət Gömrük Komitəsinin sədri Abşeronda vətəndaşları qəbul edib


Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev Abşeron rayon Heydər Əliyev Mərkəzində Abşeron və Zəngilan rayonlarından olan vətəndaşları qəbul edib.

 
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AFN.az-a verilən məlumata görə, Səfər Mehdiyev qəbuldan öncə Xırdalan şəhərinin mərkəzində Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Abşeron və Zəngilan rayonunun sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən idxal-ixrac əməliyyatları və digər gömrük məsələləri ilə bağlı olub.
Qəbul zamanı DGK sədri Səfər Mehdiyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, bəzi müraciətlərin isə araşdırılması üçün müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.










AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu