Ürək qapaqlarının dəyişdirilməsi əməliyyatı tibbi xidmətlər zərfinə daxil ediləcək


“Hazırda İcbari tibbi sığorta üzrə xidmətlər zərfinə 2500 adda xidmət daxildir”.


APA xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Elmi-Tədqiqat Kadiologiya İnstitutunun elmi katibi, kardioloq Təranə Cavadova deyib. Onun sözlərinə görə, xidmətlər zərfinə daxil olan kardioloji xidmətlərin sayı artırılacaq: “Buraya ürək qapaqlarının dəyişdirilməsi əməliyyatı da daxildir”.

T.Cavadova qeyd edib ki, bu gün ürək çatışmazlığından əziyyət çəkən xəstələr üstünlük təşkil edir: "Onlar üçün cihaz taxılması əməliyyatı da qismən ödənişlə həyata keçirilir. Qapaq aparatlarının taxılması əməliyyatının ödənişinin qismən qarşılanması layihəsi üzərində hazırda işlənilir. Düşünürəm ki, bununla kifayət qədər xəstəlikləri əhatə etmiş olacağıq" - o əlavə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu