Azərbaycanda icra başçılarının aktlarının elektron bazası yaradılacaq


Azərbaycanda yerli icra hakimiyyəti orqanları başçılarının aktlarının (normativ xarakterli aktlar istisna olmaqla) uçota alınması qaydalarının təkmilləşdirilməsi və həmin aktların elektron bazasının yaradılması planlaşdırılır.


“Report” xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nda öz əksini tapıb.

Sənədə əsasən, sözügedən vəzifənin icrası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə (“ASAN Xidmət”) həvalə olunub.

Yerli icra hakimiyyəti orqanları başçılarının aktlarının (normativ xarakterli aktlar istisna olmaqla) uçota alınması qaydalarının təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması, təkliflərin qiymətləndirilməsi və müvafiq normativ hüquqi aktın layihəsinin hazırlanması, yerli icra hakimiyyəti orqanları başçılarının aktlarının elektron bazasının yaradılması ilə bağlı tədbirlər görülməsi nəzərdə tutulub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu